Ey əsgər
Dağa, daşa sancağını öpdürübDuman kimi bu dağları bürüdün!Dənizlərə salam rəsmi yapdırıbGöylərdəki bulud kimi yürüdün!
Yürü, yürü batan günün izinə!Gülüm səyir doğan Günəş yüzünə!
Baş əydi bax, toplarının səsinəYad ellərin yıldırımı, şimşəyi!Quzğun kimi qurumağa başladıSəni görən cəlladların biləyi!
Yürü, yürü batan günün izinə!Gülüm səyir doğan Günəş yüzünə!
Arslan kibi saldırdığın düşmana,Ər oğlu ər olduğunu göstərdin!Fələk bu gün uyğun sana diyor ki,Türk əsgəri, sən böyləmi istərdin?!
Yürü, yürü batan günün izinə!Gülümsəyir doğan Günəş yüzünə!
Qardaşlığın fərmanına baş əyib,Məzlumların imdadına yetişdin!Qaranlıqda süngün sana yol açdı,Sən o yoldan muradına yetişdin!
Yürü, yürü batan günün izinə!Gülümsəyir doğan Günəş yüzünə!
Ey Türk, sənin hansı dində olduğun,Minarəyə buyur, bizə söyləsin!Eşitməyən qulaqlara səsiniƏsən yelə buyur, xəbər eyləsin!
Yürü, yürü batan günün izinə!Gülümsəyir doğan Günəş yüzünə!
Şu qarşıkı duman çıxan bacadanSən gələndən iniltilər çıxardı!Geciksəydin, məzlumların fəryadıYeri, göyü, kainatı yıxardı!
Yürü, yürü batan günün izinə!Gülümsəyir doğan Günəş yüzünəEy Türk, bana sevda çiçək bu şeylər,Göydə hilal, yerdə sənin sancağın!
Durnalarla göndərdiyim salamiYetirdimi, sana ninen torpağı?!
Yürü, yürü batan günün izinə!Gülüm səyir doğan Günəş yüzünə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-ey-esger
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
رندان سیکی خواره را گر ساغری داری، بده
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.