-1.** Bu səsi mən duymadım,
Ağlayan dərdli neydən.

-2.** Bu səs bambaşqa şey di

Qəzəldəki gileydən.

-3.** Bu səsi duyammadım

Mövləvi dərgəhindən.

-4.** Bu səsi duyammadım

Bağrı yanıq bülbülün
Sızlayan cəh-cəhindən.

-5.** Mən bunu eşitmədim

Bəzmin ayaqlarından
Mey soran saqilərin
Gülgün dodaqlarından.

-6.** Mən bunu dinləmədim

Hicranı vüsalından
Daha çox sürən yardan.
Sızıldayan kamandan,
Qüssəli, qəmli tardan.

-7.** Nə mümkündür durulsun

Böylə imanlı bir səs.
Xayır, mənim duyduğum səs
Bunlara heç bənzəməz.

Bu səsi mən duymadım
Əski dövr ozanmdan.
Küsəgən camelərin
Titrəyən əzanından.

Bunun yanında söndü
“Ərkinəqon” nağılı.
Bundan bir şeymi anlar
Ərənlərin ağılı?!

Tarixə sordum bir gün
Haqqında əbəs, əbəs.
O da heç görməmişdir
Böylə uğurlu bir səs.

-8.** Çox danışdım könlüm ilə,

Birdən gəldi qəlbim dilə,

Dedi: bəzən keçmişdə;
Böylə səslər doğulmuş.
O yalmqat səslər də
Beşiyində boğulmuş.

Mən özüm də doğrusu
Bu səsin heyranıyam.
Cansızlara can verən
Nəfəsin heyranıyam!

Bu səsin Məcnunudur
Musiqi, sənət, şeir.
Çünki bu qoç döyüşlü
Bir sinifin səsidir.

Budda böyük adı ilə,
Musa öz inadı ilə;
İsa qanlı xaçı ilə
Xaçilə, torpağilə;

Məhəmməd Quranilə,
Qılıncı, qalxanı ilə;
Dinlədiyim səsdir, o səs,
Heç bir səsə bənzəməz!

Bən səninçün bəzəmişəm yolları,
Sənin üçün sevdim qürbət elləri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов