Ey ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,Tərreyi-tərrari şümarə bənzərBu tur insandan belə canandan.

Sinəsi mərmərdən, qədi ərərdən,Bir müşk-ənbərdən, mahi-ənvərdən,Qənd-i-mükərrərdən, dili şəkərdən,Zülfi pərişandan, qaşı kamandan.

Məhbubül-məhbuban, Xosrov-i-xuban,Zalım can-sitan, telləri reyhan,(Mələkballı Qurban) yoxdur belə can,Bir yanı Səfahandan ya Xorasandan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви