Bu qaranlıq gecə nə qədər sürdü?Yetiş imdadıma, ey dan ulduzu!Barı sən gəl, mənə yuxu gəlmədi,Yetiş fəryadıma, ey dan ulduzu!

Qudurğan qasırğa, çarpaşıq yollar,Yolumda zülmət var, uçurumlar var,Yetiş ki, ömrümün karvanı ağlar,Aman, gəl dadıma, ey dan ulduzu!

Bu sönük ulduzlar məni aldadır,Süzgün gözlərinlə gəl onu andır,Gözlərim yolunda, üzüm haqdadırAman, sən yox demə, ey dan ulduzu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов