Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budurÇox cəfasın çəkdim, vəslin görmədim,Həsrəti canımda qalan yar budur

Axırında zay eylədi işimi,Təmam qan eylədi bu göz yaşımı,İdrak, fəhmi, əql-huşumu,Sevdası sərimdə qalan yar budur

Çox olurdu aramızda ixtilaf,Gah urardıq məhəbbətdən ləf-kəf,Sonrası sözündə göründü xilaf,Hər bir sözü yalan olan yar budur

Ey Razi, doğru yardan yol kəsmə,Yar aramışsan, rəqibdən dil kəsmə,Ümidini qət' edibən əl kəsmə,Yenə çövrəsində dolan yar budur

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви