Onun ömrü qırx gündür,Payızın davamıdır.Uzun qış əyyamıdır...Qar səpir asta-asta,Gülür tanışa, dosta.Darıxdırmır heç kəsi,Quyudan gəlir səsi.Yorğan salır şum üstə,Qarğalar dəstə-dəstəUçub yerə qonurlar,Sanki qohumluğu var.Qara qarğa gətiribDimdiyində ilk qan.Yolub yerə tökübdürAğacdan yarpaqları.Ölmüş qurd-quş olubdurQarğaların yeməyi.Qış öyrədib onlara:“Qar-qar” , “Qar-qar” deməyi.Qarğa hara, qar hara?Çox mahaldır, - deyirəm.Ağ qar üstdə qarğalarQara xaldı, - deyirəm!Ağ libasda düymə tək,Parıldayır qarğalar!Qar kəsəndə “qarr” deyə,Qarıldayır qarğalar.Sonu çatır çillənin,Çaylar buz altda axır.Qar getdimi, görməzsən,Qarğalar yoxa çıxır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов