Gözüm gördü, könlüm sevdi
Yağış tökdü üstümüzəGöylər birdən, bir kərəm, hey!Güllər baxıb güldü bizə,İy su oldu o Sənəm, hey!
Şehli bağa bənzədi o!Göy yarpağa bənzədi o!Şux zanbağa bənzədi o!Yan, ey Qərib, Şahsənəm, hey!
Batum əski Qız qalası,Batum yurdun göz qalası!Xaqanımın öz qalası,Səndə doğub Şükriyyəm, hey!
Torpağında, daşmdaca,Gördüm bulaq başındaca!“Sevdim” on beş yaşındaca,Bundan sonra kükrəyəm, hey!
Bu ləpirlər izi imiş,Bəy Süleyman qızı imiş!Dilək imiş, arzu imiş!Körük oldu bu sinəm, hey!
O Əslidir, mən də Kərəm,Mən bu sirri gizlətmərəm!Yarı burda gözlətmərəm,Car eyləsin qoy aləm, hey!
Həp ağlını, kamalını,Həp hüsnünü, camalını;Sən Cavadın QumralınıYaz, ey qələm, ey qələm, hey!..
-Batum, 15 mart, 1915*
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-gozum-gordu-konlum-sevdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Soruyorsan: səni sevdaya salanNerdədir şimdi o qızlar gözəli?
UşaqlığımAltı ya beş yaşında təxminən,Tifli-məsumi, dilxərabi-həzin;
ÜmidiməBənim bu gün cəhənnəmlik duman almış yollarımı,Bir əzrayıl pəncəsi ki, sarmış cansız qollarımı.
Tarixi-müqəddəsYıldızlı şıq qabı,Parçalanmış kitabı, -
Стихи других поэтов
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun