Sən kimdən öyrəndin belə ədanı,Ey xəstə şairin ilhamı gözəl?Solğun dodağından cami-sevdanıİçirmişdir mənə saqiyi-əzəl.

Gözəllik tacını qoydun başına,Dünyaya çəkmədin kabusi-ələm;Sən bir mələksən ki, baxıb qaşınaƏlində şairin titrəmiş qələm!

Söz yox ki, hüsnünə xilqət günündəQüdrət qələm çalmış, susmuş mələklər…Əvvəl cansız ikən, sonra önündəQuşlar gəlmiş dilə, gülmüş çiçəklər.

Anıldıqca sənin sevgili adınBulmuş kamalını şerin hünəri;Qarşmda diz çökmüş, ey gözəl qadın,Dünyanın ən böyük sənət ərləri.-1924*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов