Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə Züleyxa
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,Qılma saçın bu qədər pərakəndə Züleyxa,Ey gözləri şəhla,Ey qaməti rəna,Ey sani-Leyla,Əla dəxi əla,Ruxsarı gözəldir,Rəftarı gözəldir,Tuti kimi hər ləhceyi-güftarı gözəldir,Kim gördü ki yüz ruh ola bir təndə Züleyxa?
Kim vəsmə yaxıb qaşına gizlətdi hilalı?Əbruyi-kamanın kimi qayrıldı xiyalı,O biədəbin yoxdu məgər əql və kamalı?Yox vəsmədə sövda,Qıldı ayı rüsva,Ey duxtəri-tərsa,Ey zülfi-çəlipa,Bəsdir dəxi yandım,Hər cürə dayandım,Ey qönçədəhən, rəhm elə, zülmündən usandım,Bundan sora yox tab və təvan məndə Züleyxa.
Nəsrin tökülüb şahrüxün tərəfinə heyhat,Nərad qəzaş dər həyrətdə qalıb mat,Haqqa ki sənin hüsnün olub aləmə isbat,Bir mahləqasan,Bir abi-bəqasan,Bir eyni-səfasan,Sən əhli-vəfasan,Yox heyf ki yarın,Sən tərfə nigarın,Bu zinət ilə düşsə əgər Misrə gədarın,Hüsnün edəcək Yusifi şərməndə Züleyxa.
Gül gül üzünü görmək üçün bağa çəkilmiş,Lalə döşünü dağlayıb dağa çəkilmiş,Qarsına ki körkəc ovda yaylağa çəkilmiş,Ey xosrovi-xavər,Ey şəmsi-münəvvər,Eşqin məni yeksərYandırdı çü azər,Ey dilbəri-sərkəş,Ey huri-pərivəş,Xaşaki-zəifəm, mənə vurma dəxi atəş,Bu cürə ədalət nədir, ey səndə Züleyxa.
Haqqa ki sənin tərfə cəmalında eyb yox,Yaqut ləbində, ruxi-alında eyb yox,Hüsnündə və nə əql və kamalında eyb yox,Bir sərvi-rəvan sən,Aşubi-zaman sən,Sən afəti-can sən,Ey afəti-dövran,Vəy mehri-dərəxşan,Ey şah Süleyman,Qıl dərdimə dərman, sən, əya xosrovi-xuban,Qalmaz bu gözəllik sənə payəndə Züleyxa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sekili-suleyman-cigali-muxemmes-ey-simbeden-mehri-derexsende-zuleyxa
Стихи других поэтов · О любви
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,