Mənim yoxdur oğullarım,Banklarda saxlanc pullarım.Yoxdur mənim əmim, dayım,Var taledən çox qəm payım;Ömrüm – ömürlərə calaq:Biri – əfəl,Biri – qoçaq,Biri – sağlamBiri – naçaq

Qalanı da körpə uşaqFikirlərin ümmanındaQərq oluram çox gecələr,Kirpiklərim qapanmayırSübhə qədər...Can nəvələr!Nəticələr!Təhsillər pullu olanda,Pulsuzlar dərsdən qalanda,Cəhl qələbə çalanda,Pulsuz uşaqların halı,İstedadların iqbalıNə olacaq?Hansı təbib,Hansı loğmanSağaldacaq bu illəti?Bəs onda kim tanıyacaqNəsli təhsilsiz milləti?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов