Deyə-deyə
Yığmadım dövləti, yığmadım malı,Ümidlə gəlmişəm var deyə-deyə.Sevməyən şöhrəti, sevməyən alı,Tapmadım, qalmışam, nar deyə-deyə.
Göydə Günəş şöləsini saçıbdır,Çəmənzarlar son ömrünə çatıbdır.Qoça şahin dağ başında yatıbdır,Od tutub alışam, qar deyə-deyə.
Kim keçdi candan, ərən kim oldu?Becərən kim oldu, dərən kim oldu?Ömrünü badlara verən kim oldu?Kərəm tək alışam, yar deyə-deyə.
Qürbət diyarda ömür çıxdı başa,Əlim çatmır istəkli yar-yoldaşa,Cəhənnəm əzabıdı bu tamaşa,Ağ Aşıq, qalmışam, zar deyə-deyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ag-asiq-allahverdi-deye-deye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dünyanın bir yolu varBir başı – ölüm yolu,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.