Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.

Vüsali-yarə ki, yoxdur yolun, fəğan etmə,Kənardan clə, cy dil, nəzarə, səbr eylə.

Mərizi-eşq oluban umma qeyridən dərman,Ölümdən özgə buna yoxdu çara, səbr eylə.

Əli ürəkdə, gözü yaşlı gəzmə kuyində,Özünü çək oradan bir kənarə, səbr eylə.

Vüsali-yarə, könül, məhrəm istəsən olasan,Cəfayə tab, qəmi-ruzigarə səbr eylə.

Şikayət eyləmə çərxi-dəni əlindən heç,Özün edibsən özün bəxtiqarə, səbr eylə.

Əgər xət aşiqisən, ey xəmidəqədd, səni,Batırsa nəli-səməndər qübarə, səbr eylə.

Макта — последний бейт с тахаллусом поэта. Bu qədr etmə, Sürəyya, fəğanü naləvü ah,Yetərsən axırı bir gün nigarə, səbr eylə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви