Məni fikirli görsənDemə ki, bir qəmim var.Mən vəcd aləmindəyəm,Əlimdə qələmim var.

Məni fikirli görsənDemə ki, möhnətdəyəm.Sükutuma toxunma!Xalqımla söhbətdəyəm.

Əynimi sadə görsənDemə kasaddır əlim.Mənim başqa geyimim,Bəzəyim var, gözəlim!

Süfrəmi sadə görsən,Utanma nemətlərinOrda az-çoxluğundan.Sənin nə xəbərin var:Qələm sahiblərininMənəvi toxluğundan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов