O sitəmli günlərin,Dərdli, qəmli günlərinÜstündən gözüyaşlıGəldi bir il də keçdi.Bu günlərin acısıMin-min könüldən keçdi.Divarları, daşlarıGüllə yaralı evlərDurub o cinayətinQanlı şahidi kimi.Qələmimdən qan damır,Necə yazım dərdimi?Necə deyim qırdılar,Mənim min-min mərdimi.Yudu yağan yağışlarBakı küçələrinəAxıb sellənən qanı.Ziyarətgaha döndüŞəhidlər qəbristanı.Çıx bu qəmdən, bu yasdan,

Sən, ey Odlar elimiz!Qoy silinsin üzlərdənQəm yaşları selimiz!Matəm ili deyildirQəhrəmanlıq ilimiz.Ayaq üstdə möhkəm dur,Nə qədər ki, sən varsan!Yıxılsan tapdanarsan!Ey od, işıq məbədi!Bu işığın, odunlaDöyüşdəsən əbədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов