Dünyada tək adlar qalır
Düşünməyir bunu bir anGetmək üçün gələn insan:Biri cahil,Biri loğman,Biri doğru, biri yalan,Biri qatil, biri nadanGah qan içib,Gah töküb qan,
Boxçasında xeyir və şər,Olub gah bəd, gah xoş xəbər,Gümüş yığıb, qızıl yığıb,Səksən, doxsan, yüz il yığıb...
Bəzən ayıq, bəzən sərxoş,Özü çılpaq, süfrəsi boş,Köçüb öz son mənzilinəO haqq-hesab elinə.Dünyada tək adlar qalıb,Nə yaxşılar, nə yamanlarNə qəmginlər, şadlar qalıb.Getmək üçün gəlib insan,Dərk etməyir qafil bunu,Burda qonaq olduğunu.Burda qoyub gedəcəkdirHalal, haram sərvətini,Həm yalançı şöhrətini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-dunyada-tek-adlar-qalir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
AlaşaYatdın suda, ay maşallah,Nə xoşdu halın, Alaşa.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd