Avey dağım, bənövşəni dərmədim,Kəkotunu dərib, günə sərmədim.Saçlarımda səhər şehi görmədim,Yaxın yollar mənə uzaq olubdur.

Yarpaqlandı Karqayanın meşəsi,Ayrılıqda sındı könlüm şüşəsi,Qəriblərin ağlamaqdır peşəsi,Göz buludlu, ürək dağ-dağ olubdur.

Göy söyüdlər suda darar telini,Yasəmənlər açıb indi gülünü.Fikrim gəzər ata-baba elini,Ayrılıq ömrümə ortaq olubdur.

Fikrim gəzir o aylarda, illərdə,Gül yarpağı açır coşqun sellərdə.Mən bilirəm indi bizim ellərdə,İsti aran sərin yaylaq olubdur.

Baş yastıqda, gözüm qalıb tavanda,Mən burada, uşaqlığım o yanda.Yaman olur dərd ürəyi oyanda,Könlüm qəm əlində dustaq olubdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке