Vətən oğulsuz olmasın
Yaxşıları öldürməyəXəbislərin çatır hiyləsi.Nərimanın susduruldu illərlə səsi.Bu səsi xalqa qaytardı öz yetirməsi.
Dolaşıram şəhəri ürəyim ağrıyanda,Nəriman bir tərəfdə, Əzizbəyov o yanda,Baxıb gözüm dolusu qranit heykəllərə,Qəlbimdəki ağrını sovuram yellərə.
İllər dözümlü illər!Yarım yüzil insanlar qəlbində gəzdirdiyiEy qranit heykəllər!İndi doğma Bakının nurlu sinəsi üstə,Dayanın iftixarla!Burdan mavi Xəzəri,Sizə həsrət şəhəri seyr eləyin vüqarla!
Polad çiyinlər üstə,Polad sinəli mərdlərBabaları qaldırıb,Qoydular dağın üstə.Siz ey igidlər, ərlər!Oğullu bəxtəvərlər!Dayanmısız əzmlə doğma torpağın üstə!
Sınaqlardan keçirib tarix bizi hər zaman,Şərqin qoca kahini xəbislərin feliləÖldürülmüş Nəriman!
Oğlun döyüşdə öldü,Oğulsuz qalmadın sən.Sənə başqa oğullar böyütdü ana vətən.
Oğul həsrətli könlüm!Qoy sənin də gözlərinBuludlanıb dolmasın,Təki vətən oğulsuz,Xalq oğulsuz olmasın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-veten-ogulsuz-olmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Təbiət insana iki əl verib,Kiminsə əlindən tutub qaldıraq.
Ata öyüdüEy oğul, böyüdün kamala çatdın;Çalışdın, səyinlə bu hala çatdın.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,