Dağlar bahar dumanında,Dağlar çiçək ümmanında,Bülbül çaldı kamanındaHicranımı bəstələdi.

Sağım çiçək, solum çiçək,Burda hansı yoldan keçək?Başıma yaz buludlarıİnci düzdü, şeh çilədi.

Fəslin gəlinlik çağında,Oturdum alma bağında,Qədim Quba torpağındaSeivnc qəmi üstələdi.Burdan güldən, gülü seçin,Gül fəslidir, gülab için!Qızlara güllü don biçin!Gözəllər gül dəstələdi.

Gəzdim çənli yaylaqları,Güldür dərəsi, dağları,Qonaqların, gül bağlarıBaşlarına gül ələdi.

Xoş oldu xoş kəlamları,Qubanın mərd adamlarıYananda bayram şamlarıBu cənnətə gəlin dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе