Soyuq əsdi isti yellər,Tufan qopdu, axdı sellər,Xəzan oldu cəmi güllərAy bülbüllər!

Ömür fani, biz köçəri,Dərdimi saldım içəri.Soldu könlüm qönçələriXəzan oldu cəmi güllər,Ay bülbüllər!

Köçkün oldu bizim ellər,Susdu o nəğməli dillər,Gülzarıma əsdi yellərXəzan oldu cəmi güllər,Ay bülbüllər!

Ağlayıb məni az ağlat!Az dərdini dərdimə qat!Verdiyini aldı həyatXəzan oldu cəmi güllərAy bülbüllər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе