Böyük Hüseyn Cavidə
Varlığı həqiqət, yoxluğu yalan,Cavid! Ey ustadlar ustadı olan –Bizi çox saxladın intizarda sən,Bilmədik hardasan, ustad, harda sən?Qaldın illər boyu qışda, qarda sən.Yat, dincəl qoynunda Nəqşi-cahanın!Vətən torpağında qızışsın canın.
Səni çox axtardıq şamla, çıraqla,Bağlı qapıları açarlar haqla.Şükür ki, qovuşdun doğma torpaqla!Hökmü dəyişkəndir dövrün, zamanın.
Şairi əzizdir hər bir millətin,Dizi bükülməyib heç həqiqətin.Sözü məhkum etmək çətindir, çətin!Sən öldün, yaşayır şöhrətin, şanın.
Bəzəsin qəbrini vətən gülləri,Sənə layla çalsın bahar yelləri,Qurtardı şairim, həsrət illəri,Bağlandı yolları acı hicranın.
Ellər görüşünə gəlib, ey ustad!Sənin necə ruhun olsun daha şad,Sənə bütün millət olubdur övladAdın şöhrətidir Azərbaycanın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-boyuk-huseyn-cavide
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
KönülArsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Aman ki, ol zalim canan ğarəti-can edib getdiAman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.