Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.Sahibsiz otaqda qəribə mehman,Meyvəsiz bağçaya, bara qalmışam.

Yalan olmaz şairlərin dilində,Şivəsində, əməlində, felində.Leyli yarım qalıb Yəmən elində,Məcnun təki mən avara qalmışam.

Qürbət eldə bağrı qan olan Mirzə,Əğyarnan cananı can olan Mirzə,Arif məclisində xan olan Mirzə –Nə olub, keçələ, kora qalmısan?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви