Xoş xəbərdimi
Ağrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?Ağ nazik əllərlə, incə barmaqla,Səni yazan görüm o dilbərdimi?
Görünmür çoxdandı, halım pərişan,Bu qədər cəfaya dözərmi insan?!Söylə, açıq söylə, sevdiyim cananMənim bu dərdimdən xəbərdardımı?
Nə vaxtdı gözlərəm sənin yolunu,Gəl, sevindir Mirzə kimi qulunu.Gizlətmə yarımın xoş əhvalını,Yoxsa gətirdiyin dərdi sərdimi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeyyat-mirze-xos-xeberdimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ürək
Deyirlər: uçsa ürək, qopsa candan,ölər insan.
Şanlı gördükcə məni sanki edir qövr fələkŞanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
ای جمالت گشته پیدا در نهان خویشتنوی رخت گردیده پیدا در عیان خویشتن