Ana, sənə bir söz deyim,Sən də o yara deginən.Çox çəkirəm intizarın,Sinəm sədparə, deginən.

Öpmədim onun üzündən,Doymadım ala gözündən.Namərd, hərcayı sözündənUymasın sara, deginən.

Yazıq Mirzə mükərrəri,Yazıb doldurub dəftəri.Bülbülü güldən ötəriÇəkirlər dara, deginən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов