Saz, söz qalandır
Ürəyim yaman dolubdur,Bülbül ölüb, gül solubdur,Dedilər, Əmrah ölübdürDedim, yalandır, yalandır!
Abdı-müğənnisi elinÖldü, göz yaşımı silin!Səsi gəlsin “qonçəgülün”Könlüm talandır, talandır.
Ölüm şərbətini içdi,İşıq Sıraclıda köçdü,Mən demirəm, dünya heçdi,Saz, söz qalandır, qalandır.
Qəm, xəncərin qalsın qında,Qoy dincəlsin bu çılğın da,Ürək, məni qəm dağındaGəl, az dolandır, dolandır!
Mirvarid, gəl batma qəmə,Ölüm aman vermiş kimə?Vur mizrabı sarı simə,Aşıq, amandır, amandır!
Dünya fani, biz köçəri,Saz, söz qalandır, qalandır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-saz-soz-qalandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey Füzuli, bu pərişan dərdi – pünhan könlümüYandırıb odlara sən, neçün belə qan eylədin?
Füzulini dinlərkənBir şairi biyqədir həzinəm, əgər ölsəm,*Min təzkirə təhrir edəcəklər kəfənim.*
Oxu, RəşidRəşid Behbudova ithaf*Oxu, Rəşid!
Məhəmməd Əmin Rəsulzadənin əksi qarşısındaÜzündə xalqının böyük kədəri,Xəyalında vətən xatirələri