Oxu, Rəşid
Rəşid Behbudova ithaf
Oxu, Rəşid!Qışda dağlar açsın çiçək,Oxu! Olaq elə həzin,Elə kövrək,Yaz buludu kimi dolaq,İsti yağan yağış olaq.
Elə keçək özümüzdən,Könlümüzün çəməninəŞeh çilənsin gözümüzdən...
Xəyal xəyala calansın,Ürəyimiz havalansın,Sönmüş ocaqda od yansın,Kül altında “qor” közərsin,Xəyalımız Gül bağlarında gül dərsin.
Oxu! Şimşək kimi çaxaq,Həsrət bəndlərini yıxaq,Ürəkdə sellər çağlasın,Yarpaq tökmüş könlümüzünGülləri qönçə bağlasın...Bülbüllər gəlsin bu bağa.Oxu, Ələsgər dililə:Səni yetirən torpağa,Səni böyüdən bu xalqaOlsun canımız sadağa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-oxu-resid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Siz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Благодарение творцу за то, что «Дебнстан» закрыли!Рванул осенний ураган, сад знаний - гюлистан закрыли!
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.