Sənə mərdlər yola saldım,Ağır dərdlər yola saldım,Gedib, qayıtmayanlarıDurnalardan xəbər aldımTürk elləri! Türk elləri!

Əziz babam oğullarıQaçaq keçdilər yolları.Hey baxdılar yurda sarı...Qara saçlara düşdü dən.Vətən oldun onlara sənTürk elləri! Türk elləri!

Bayrağına səcdə qıllam,Qəribləri səndə bullam.Mərdlərinə qurban ollamTürk elləri! Türk elləri!

Qanlı qadağan ilində,Qara dəniz sahilindəÇağırdım doğma dilindəTürk elləri! Türk elləri!

Atatürkün vətənisən,Şərqin gülü-gülşənisən.Heç el dərdi görməyəsənTürk elləri! Türk elləri!

Mən bir pozulmaz yazıyam,Odlar yurdunun qızıyam,Sənə məftun Dilbaziyəm.Türk elləri!Türk elləri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе