Hanı Üzeyir, musiqinin sərkərdəsi?Hanı Bülbül, Çənlibeldən gələ səsi?

Hanı Cavid, millətin Kahin oğlu,Böyük sənət dünyasının şahin oğlu,37-nin qurbanı Cavid hanı?

Hanı bizim dan ulduzuƏhməd CavadŞeirimizin qəndi, duzuƏhməd Cavad,37-nin qurbanı böyük şairƏhməd Cavad.

Hanı Müslüm Ərəbzəngi qılınc çala?Hanı Cəfər, səhnəmizə bəzək ola?

Hanı Vurğun, kürsülərə sinə gərə?Səsi düşə uzaq-uzaq ölkələrə.Bu sənətə bütün xalqlar vurğun ola,Ürəklərə Azərbaycan eşqi dola.

Hanı Müşfiq, çağlaya dağ çeşməsi tək,Təbi coşqun, qəlbi kövrək,37-nin qurbanı, ömrü gödək?

Hanı Rəsul, o kəsərli sözlər hanı?Ağıl dolu, işıq dolu gözlər hanı?Qəlbindəki o sönməyən odlar hanı,Gözlər hanı?

Hanı Nigar, bir söz deyə nigarana?Çağırıram yana-yana:Şair ana! Şair anaSəs ver səni çağırana!

Hanı bizim o qəhrəman SüleymanlarSüleyman taxtı üstündə cüt otura indi onlar?Hanı bizim Əhməd Cəmil?Şeri, sözü, qəlbi incə,O istedad, o təfəkkür,O düşüncə?

Hanı cavan BöyükağaO təzəcə açan qönçə?Yaşasaydı, millət üçün,

Sənət üçün yaşayardı,Zirvəsi buluda dəyənO dağlara oxşayardı.

Hanı Adil, hanı Ənvər,Bizim vətən bülbülləri?Dünya elə sehirlidir,Açmaq olmur bu sirləri.

Hanı bizim millətcanlı,Xan ünvanlı,MəmmədxanlıƏnvər hanı?

Hanı Əli VəliyevinSərrast vuran söz gülləsi?Neçə-neçə bədəsilin susa səsi.

Hanı bizim Fərman Kərim –O yurd dərdli,Ömrü yarı?Ağlar Vedinin dağları.

Hanı bizim sözü şirin, xətri əziz,Hanı o Həsrətli Əli Tudəmiz?

Hanı dövrə o üsyankar Eldar Baxış?Kürsülərdən azadlığa deyə alqış.

Hanı Mehdi, o sənətin keşikçisi,Kürsülərdən gəlmir səsi?

Hanı bizim Tofiq Bayram?Hey gurlaya mavi ekran...

Hanı elin dürdanəsi,Şeri mirvarid danəsiHüseyn Arif təranəsi?

Xalqa miras qoyub elmin, sənətinMirzə İbrahimi getdi millətin –Qanlı doxsan üçün son baharında,Alim rahat yatsın qoy məzarında!Adına min rəhmət!Ruhuna hörmət!

Hanı Ordubadi, o “qılınc qələm”?O böyük ustadı unutmaz aləm.

Hanı Seyid Hüseyn, o söz sərrafı?O qələm sahibi, safların safı?

Hanı Salman Mümtaz, Çəmənzəminli?Oldu xalqımızın düşməni kinli.

Hanı Əbülhəsən, “dünya qopdu”...Yoxdur xəbəri deyəsən?

Cəlal Məmməd, o xeyirxah insan hanıO saf, təmiz vicdan hanı?Hanı Qaşqay, yer altını görən alim?Yerin sirli qatlarındanBizə xəbər verən alim?Öldürdülər məhbəslərdə Əli Nazimi,Unutmamış, unudarmı eli Nazimi?

Hanı bizim Əli KərimQız həyalı o sənətkar?Özü əfsus cavan getdi,Poeziyası qaldı bizə bir yadigar.

Hanı Osman Sarıvəlli?Bizə milli poeziyası bir təsəlli.

Hanı Rəhim, rəhm etmədi ona ölüm?Ölüm vardır, ölüm ki,Ölümü də oldu zülüm.

Hanı coşqun, vətəncanlı Xəlil Rza?Qəsbkarın qəsb hökmünü poza-pozaQəsbkara ölüm yaza.

Hanı bizim o Kürçaylı Əliağa,Qələmindən şer inciləri yağa?!

O xilqəti nəcib, sadə,Hanı təvazökar şairƏziz Qasım Qasımzadə?Hanı o İsmayıl ŞıxlımızO, ürəyi işıqlımız.Hanı İlyas, səhnəmizin bər-bəzəyiNurlu sənətkar ürəyi?

Hanı İsa İsmayıl, o nəcib insan?İllər keçsə çıxmaz yaddan.

Hanı Gülgün Mədinəmiz?Səyyah olub qəm dağındaAzəroğlu gəzər onun sorağında.

Hanı Tofiq Mütəllibin incə ruhuHara uçdu?Bizim sənət dünyamızdanBu nə yaman köçhaköçdü?!

Kənan oğlu Yusif kimiTanrı gözəl yaratdığıÇətin dövrana atdığıVurğun oğlu Yusifi dəAldı bizdən.Bu itkinin ağrısınıKim çıxardar qəlbimizdən?!

Bu Mirvarid Dilbazi də,Bu el dərdli, el qızı da,Bu gün, sabah gedəcəkdir.Görən onu bu millətdənKim necə yad edəcəkdir?Alimlərin, şairlərin, igidlərinHanı dünya?Fani dünya!Fani dünya!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине