Nəvəm Laləyə
Laləsiz bağrı yanıqBir yetimi-zarəm mən.
Laləsiz keçsə günümDil tutub ağlaram mən.
Laləsiz lalə kimiBağrımı dağlaram mən.
Laləsiz tufan olub,Sel kimi çağlaram mən.
Laləsiz dərmanı yoxDərdlərə düçaram mən.
Laləsiz zarı-pərişanNecə naçaram mən.
Laləsiz MirvaridinYerdə ayağı durmaz,
Yaralı bir quş olubGöylərə uçaram mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-nevem-laleye
Клавиши ← → для перехода, R — случайное стихотворение