Mən ki uşaq deyiləm
Həsrət dolu gözündən,Qəmli görünən üzündənÖpmədim bircə kərə,Əridim zərrə-zərrə,Çünki bundan utandım.Bu hikməti sonra qandım:Od közərəndə uşaqVurar əlini oda.Od yandıranda başlarAna! Deyə fəryada.Mən ki uşaq deyiləm,Gələm oda yaxınaOd görməmiş dodağım o atəşə toxuna.Anam da yox çağıram:Ana! Ana!Bunun üçün gəlmirəmHeç vaxt oda yaxına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-men-ki-usaq-deyilem
Клавиши ← → для перехода, R — случайное стихотворение