Sual: – Dünyadan nə gətirmisən,Nə tapıb, nə itirmisən?

Cavab: – Əlimdə qələm qabarı,Alnımda zəhmət vüqarı,Vətən, millət intizarı.

Sual: – Nəyə rəğbət,Nəyə hörmət,Nəyə nifrət eləmisən?

Cavab: – Halala-rəğbət,Harama – nifrət,Şəhidlərə rəhmət olub peşəm.

Sual: – Ana haqqı,Övlad borcu nə deməkdir?

Cavab: – Övlad haqqı:Anaların qarşısında diz çökməkdir.

Sual: – Yaradana sidqi-inam?

Cavab: – Səcdəyəm ona müdam.Pənahımdır göydə Allah,Yerdə inamı kamillər.Günahımın, savabımın qədəriniRəbbim bilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви