Getdi cavanlarım, dönmədi geri,Uzaq səhralarda qəbirlər qaldı,Çaldı qapıları ölüm xəbəri,Torpağın altında gənclər qocaldı.Qərib qəbirlərin üstündə hər anSəhra küləkləri əsib, ağladı.Başdaşlarını da insafsız zamanƏyib yanı üstə tez torpaqladı.Qaldı torpaq altda adlar, ünvanlar,O səngər sinəli cavan oğlanlarGedib gəlmədilər bir daha geriÇaldı qapıları ölüm xəbəri.

Əfqan torpağında tökülən qanlarAna göz yaşıdır, oğul qanıdır.Bu qəmli günlərin şahidi olanŞairlər, dünyanın pərişanıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти