Vedinin yanı dağlarGöz görməz, ürək ağlar,Çiçəyi əlvan bağlar,Yaylaqlar kimə qaldı?

Sinələrə dağ vuruldu,El öz yurdundan ayrıldı,Nəğmə susdu, saz qırıldı,Fəryad sarı simə qaldı.

Yaz əriməz quzey qarı,Gülü tər, nərgizi sarı,Vedinin uca dağlarıEllər köçdü, qəmə qaldı.

Bu dərdlə yandı fərmanlar,Su gətirin, ey insanlar!Töküldü göz yaşı, qanlarNeçə dağlı sinə qaldı.

El sözüdür: axar sular,Axan yerdən bir də axar,Aman, şair! Bizim dağlar,Bizim yurdlar kimə qaldı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине