Sən körpəsən, mən yaşlı,Ömrüm baharlı, qışlı,Məni işdən qoyubsanSən ey xumar baxışlı.

Qurbanam gülüşünəÇətin çıxan dişinə,Mən piyada gələrəm,Çağırsan, görüşünə.

Sən əlimi tutursan,Əlim şumlanmış tarla,Sən qönçəsən, buçursan,Gəlmisən ilk baharla.

Sən bənövşə qönçəsi,Güllərin ən incəsi,Sən sübhün al şəfəqi,Mən qarlı qış gecəsi.

Sən sübhün ilk işığı,Ömrümün yaraşığı,Gül, gözünə qurbanam,Gözlərimin işığı.

Gözlərin qara gözlər,Baxırlar hara gözlər?Bir gün səni görməsəmÇəkilləm dara, gözlər.

Xumar gözün açıldı,Evimə nur saçıldı,Könlümdə illər tikənQəm sarayı uçuldu.

Baxırsan, dərinə bax!Bu “kövşən” yerinə bax!Könlümdə min yara var,Sən təkcə birinə bax!

Beş ayına girənim,Mənə həyat verənim,Sən əsam ol, mən qocaGəlim, sənə dirənim.

Dünyanın işinə bax,Yazına, qışına bax,Çəkdiyi ağır yükəNənənin yaşına bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе