Müşfiqi öldürdülərQarlı bir qış səhəriDan yeri söküləndəBuzlu qarın üstünəİsti qan töküləndəLərzəyə gəldi torpaq...Tükü də tərpənmədiGüllə atanın ancaq –Çaxmağı bir də çaxdı,Çaxdı o qansız, alçaq.

Şair ölümdən qabaqBuludlu qış göyündəAçılan sübhə baxdı,Ölüm necə yaxındı...Həyat necə uzaqdı...Doldu pərişan gözlər...Hayqırdı:– Ey alçaqlar!

Şairi öldürməzlər!Şairi öldürdülərAncaq əliqanlılarSübhün gözəl çağında,Öz doğma torpağında.Bu gülləni atanın,Bu fərmanı verəninQoy adı bəlli olsun!Onları lənətləyək,Bizə təsəlli olsun.

Güllə xəlvət atıldı,Səsi illərə çatdı.O güllənin zərbəsiXalqımızı illərləNəsil-nəsil ağlatdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти