Bilirəm Lalənin ürəyi mənsizBuludlu göy kimi tutqun olacaq.Qəm yeyib, o qəlbi kövrəyim mənsiz,Məni göz yaşıyla yada salacaq.

Cəvahir körpədir, hələ uşaqdır,Ağlayıb, ağlayıb yorulacaqdır.Töküb yağışını o qumral gözlərBulaq suyu kimi durulacaqdı.

Bilirəm anacaq məni hər anda,Xatirəm lap yetim olacaq onda.Onu bu dünyada sevib dərindən,Dünyanın tükənməz kədərlərindənQoruya bilməkçün odda yanmağaƏbədi buzluqda qalıb donmağaHazır olan, geri dönməyəcəkdir.Ana şikəst olsa, o şikəstin də,Nəfəsi övlada yenə köməkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе