Nəfəsində dağ havası,dağ nuru,Vüqarında qayaların qüruru.Çəmənlərdir, çiçəklərdir həmdəmin,Buludlardır, şimşəklərdir həmdəmin.

Məhəbbətin yaylaq kimi –qəlbi, təmiz.Gözü duru bulaq kimiqəlbin təmiz.Bərəkətin bulud-bulud –Axarını dağlara tut,düzlərə tut.Çoban ömrü ömürlərin uzunu;Nəğməsi var: «Çoban, qaytar quzunu...»Dağ neyləyər bu nəğməsiz çağları,Çoban, qaytar bu dağlara dağları...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе