(«Vətən qayaları,Vətən daşları» silsiləsindən)

Bir qayaya söykənmişəm,deyirəm kaş:Bax beləcə daşa dönəmyavaş-yavaş.Taleyimi qayaların taleyinəbağlayam mən.Bircə insan düşüncəmi saxlayam mən.Daş ayaqlı, daş əlli bir insan kimiEnib daşdan-daşa düşəm.Qayaların lal dilini başa düşəm.Onların daş qulağına bir daş atam,Qayaların keçmişiniqayalara xatırladam,Deyəm: Bir vaxt insan oğluinsan olub bu qayalar.

İnsanların nərəsindəndoğulub bu qayalar.Nər igidlər düşmən üstə gedən zamanBabalar da baş qaldırıb yer altından,Qaya kimi, –dayaq olub, yumruq olub,ox olublar.Qayadöşlü qəhrəmanlarqayalıqda yox olublar,Bu torpağın taleyində o da eləbir gün idi,İgidlərin yaşaması daş olmaqla mümkün idi.Yoxsa onun qismətinə hardan düşəbu qədər daş!Danış görüm, a daş qardaş!Siz nənəmin bacılığı,Siz babamın qardaşlığı,Təbiətin səpdiyi birzəmi sanımBəlkə elə bu daşlığı!Siz ey qədim əfsanələr,Şerimə yağ, səsimə yağ!Nə zamansa bu daşlarlabir dil tapan tapılacaq –Bu daşların, qayalarınkeçmişini oyadacaq,Ordu-ordu qayalıqlarinsanlığa qayıdacaq.Bu basılmaz nərlər – ərlər,Bu qaya sərkərdələrOnda məni – bir balaca daş əsgəriqoyar yəqin qoşulmağa bu cərgəyə,Qayaların keçmişiniqayalara yazdım, deyə.Onda Vətən sanar məniBir balaca Vətən daşı,Vətən daşı olmayandanolmaz ölkə vətəndaşı...

Şuşa, 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине