Bu ömürdü, öz baharı, öz qışı;Gələn yazda, gedən qışqa nə günah.Xirtdəyəcən günahlara batmışıYuya bilməz, qar-yağışda nə günah.

Göylər qala buludları axımlı,Yer körpəli, yer cavanlı, ahıllı.«Dəli» – deyib daşlayanda ağıllıXəncər qapan ağlıçaşda nə günah.

Yekə-yekə xırdalanan «addılar»Heç bilinməz çapardılar, atdılar.İki itə para sümük atdılar,Qarabaşda, Alabaşda nə günah.

Qara külək tumanını qaldıra,Xırmançının samanını qaldıra.Dəyirmançı dabanını qaldıra,Bir-birini yeyən daşda nə günah.

Hər havaya çiyninə baş qoymayan,Fırfıra tək fırlanmaqdan doymayan...Bu başlarla aşıq-aşıq oynayanÇevik əldə, ayıq başda nə günah.

Bəlkə əlli misrası yox əllimin,Bu titrəyiş günahıdır əlimin...Qollarında dost əli var əlli min,Məmməd Araz, əlli yaşda nə günah...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе