Müxəmməs: Eylədi yar dil ü dinimi viran axır
Eylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,Yoxmudur şəhrdə bir mərdi-müsəlman axır,Ki edə dərdimə bir vəz'ilə dərman axır,Nə deyim, eyləsin Allah özü divan axır
Mənə derlər ki unut yarı, unutmaqmı olur,Yüz əgər kafir ola, tərkini etməkmi olur,Hərzə sözdür bu sözü, vay, eşitməkmi olur,Mən nə fikr eylərəm, el ağzını tutmaqmı olur,Deyilər aşiq üçün yüz belə həzəyan axır
Nərgis açıldı, bahar oldu, yüzüm gülmədi heç,Girmədi eynimə, sandım ki bahar olmadı heç,Hali-aşüftəmi ol qönçədəhən bilmədi heç,Onsuz əlqissə könül qönçəsi açılmadı heç,Keçdi əyyami-bahar, oldu gülüstan axır
Nola kafir qızı bir sahibi-iman olasan,Bircə saət mənə sən bir gecə mehman olasan,Bu yaman gündə mənim dərdimə dərman olasan,Fayda verməz əgər sonra peşiman olasan,Cəhd qıl, olmayasan sonra peşiman axır
Ey gül, incitmə Nişatı bu qədər eylə həzər,Həm sənin daxi bu vəchilə günün qarə keçər,Belədir hər kişi öz əkdüyin əlbəttə biçər,Qeyrinə badə verən saqi özü daxi içər,Bir xəyal eylə ki qalmaz belə dövran axır
Kitabxana.az · https://kitabxana.az/ru/works/nisat-sirvani-muxemmes-eyledi-yar-dil-u-dinimi-viran-axir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zülfi-siyahın oldu bu gün hüsnünə niqab,Axşam araya düşdü, qürub etdi afitab
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
Стихи других поэтов · О природе
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
GözəllərOlam pasibanı seyrangahların,Seyr edə yaylağı yazı gözəllər.
Açıq məktubƏziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
OktyabrSən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.