Qəzəl: Sənin fərşin ki, zahid, buriyadır
Sənin fərşin ki, zahid, buriyadır,Həqiqət mənzilində bu riyadır
Riyadır zahidin gərçi namazı,Vəlakin xalq içində xoş ədadır
Nigahından o ahu-çeşmin, ey dil,Özün saxla ki ol eyni-xətadır
Əcəb yox, kakilindən olmasam şad,Mənim bəxtim ki var başdan qaradır
Düşər göz kuyə daim əksi-canan,Könül saf olsa hər mətləb rəvadır
Sınıq ney tək havadan düşdü könlüm,Qalıb qəm guşəsində binəvadır
Nişatın qəlbini incitmə, ey şux,Sənə nifrin edər əhli-duadır
Kitabxana.az · https://kitabxana.az/ru/works/nisat-sirvani-qezel-senin-fersin-ki-zahid-buriyadir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdümBaşdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Стихи других поэтов
Niyə qorxur adamlarQəbristandan gecələr?
Hekayeyi-eşqEşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.