Vahimə
Niyə qorxur adamlarQəbristandan gecələr?Sükutu buza dönmüşLal məkandan gecələr?!
Lap xəyalən qorxuluGecə orda görünmək;Vahimədən titrəyibRuhu xofa bürünmək.
Gül-çiçəkli qəbirlər,Bər-bəzəkli qəbirlər;Ehtişamlı qəbirlər,Ehtiramlı qəbirlərZülmətdə qara devdir,Ay işığında ağ dev.
Hesabsız başdaşları,Hədər suallarımaCavabsız başdaşları
Əyilib düzəlirlər;Elə bil addım-addımÜstümüzə gəlirlər...
Burda bir xışıltıdanAğlın çıxır başından;Lap əzizinin beləQorxursan baş daşından.
Xəyalında yarılırQırmızı, qara mərmər;Yerlə yeksan qəbirlər,Unudulan qəbirlər.
Kəfənlər qanad çalırBəyaz qağayılar tək;Dünya dolub-boşalır,Dolanır çərxi-fələk.
Ayağının altındanBir daş qaçdı - vahimə.Qaranlıqda
İşıldaböcəkUçdu - vahimə.
Yel titrətdi bir kolu,-Bir ağacı - vahimə.Əlinə dəfn etdiyinQardaş-bacı-vahimə...
Laylayla dəfn etdiyinKörpə uşaq - vahimə.Şanlı şəhid - vahimə;Cəsur, qorxaq - vahimə.
Ölülər gözümüzəGörsənir diri-diri;Yox, yox, daş səltənətiZənn etmirik bu yeri.
Niyə qorxur adamlarAxır mənzillərindən?Burda qorxulu nə varDüşünsələr dərindən.
Düşündün-düşünmədinDəxli yox zərrə qədər;Qəbristan vahiməli,Qorxuludur gecələr...
27 fevral 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-vahime
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üzeyir hacıbəyovun ev-muzeyindəki Royalın önündə düşüncələr*Üşüyür... sahibsiz qalıb bu royal,
NədirNə sən Leyli, nə mən Məcnun...Bəs bu təzə dastan nədir?
Sonuncu vaqonun qırmızı işığıGecənin zülmətindəİtibdir yollar-izlər,
SoloNeçə ildir yana-yana o, tar çalır...“Rondo” çalır, “təsnif” çalır, “qatar” çalır.