Nədir
Nə sən Leyli, nə mən Məcnun...Bəs bu təzə dastan nədir?Deyildirsə gözüm Ceyhun,Bəs bu büllur ümman nədir?
Nə sən uşaq... nə mən uşaq...Bəs bu dəli sevda nədir?Mənim dünyam sənsən ancaq,Səndən özgə dünya nədir?
Nə sən gülsən, nə mən bülbül...Bəs bu çılğın cəhcəh nədir?Dönməyibsə qana könül...Əlində al qədəh nədir?
Nə sən hakim, nə mən məhkum...Bəs bu zülm-zillət nədir?Sənə həsrət qalan ruhumBilirdi ki, həsrət nədir?!
Nə sən inci... nə mən qəvvasBəs bu dərin dərya nədir?Heç olmasa, bir qulaq as,Yuxuma gəl!.. rö’ya nədir?
Nə sən yıxdın, nə mən yıxdım,Bəs viranə qalan nədir?Yerə batdım, göyə çıxdım,Sənsiz yer-göy viranədir.
Nə sən o sən... nə mən o mən...Bəs ömürlük qalan nədir?Yox, mən, mənəm ölənəcən,Mən bilmirəm yalan nədir?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız