Xal
Yarpaqlara xal düşürXəzan gələndə.Üfüqlərə xal düşürTufan gələndə.Meyvələrə xal düşürVaxtı ötəndə.Ürəklərə xal düşürSəksəkələrdən;Ehtimaldan,Şübhədən,Təhlükələrdən.E’tiqada xal düşür,Qol-qanada xal düşür.Neçə inam sahibi,Neçə zorlu pəhləvanBu xaldanBihal düşür.Sədaqətə xal düşür,Dəyanətə xal düşür.Damcıdaşı dələn tək
Polad əzmi dəlir xal,E’tibara xal düşür,Arzulara xal düşür.Nurlu ümid üstünəZülmət olubGəlir xal.Uduzmağın öz xalıUdmağın da yüz xalı...Xal,Xal,Xal.Birinin heçi-puçu,Birinin cah-cəlalı.Xal da söz kimi şeydir:Öz yerində qiyamət,Yanaqlarda tamaşa...Burunlarda xəcalət.Xal üstündə az qalaQada düşüb, qan düşüb;Qılınclar qından çıxıb,Şahlar taxtından düşüb.Xal üstündə
Günahsız adamlarGedib bada.Düşüb böhtana,Oda.ŞairlərDaşıb-coşub.Nəğmə qoşub, söz qoşubVəsf eləyiblər xalıXallı mahi cəmalı.Xal tələyə qoyulmuşDən olanda ayıq ol!Tələdəki dən ilə...Tən olanda ayıq ol!Ömrün,Bəxtin,Qismətin,Ağlın,Zövqün,İsmətinLövhəsinə düzülmüşİşarələrdi xallarUlduz qədərdi xallar
Xal,Xal,Xal...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-xal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
BayatılarMən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.
Ey deyən, xar yaxınlaşdı vəfasız gül iləEy deyən, xar yaxınlaşdı vəfasız gül ilə,Gül bu az ömrü ilə bəhs qılır bülbül ilə.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,