Fransız rəvayəti

Üzündə buludlanan kədəri qovdu ana,Gözündə tüğyan edən selləri boğdu ana,Boğazında ilişən qəhəri uddu anaDodağını yandıran zəhəri uddu anaAna gəlin anaydı.Ana cavandı hələ.Yaralanmış sonaydıDüşmüşdü qanlı gölə.Oğlu dar ağacından asılacaqdı səhər.Neynirsən ki, günahı nə idi, nə deyildi.Hökmü möhürlənmişdi biryolluq yerlər-göylər...Vurnuxub çırpınmağın xeyri yox... yaxşı bildi.Yaxşı bildi ki, anaÜmid yoxdur ümidə...Güman yoxdur gümana.Tanışlar sorağında... ünvanlar sorağında,Bu zülmü rəva bilməz vicdanlar sorağında.Ana dolandı dör-dör, ana fırlandı fır-fır,Gördü yox - bağlanıbdır, hər yol, hər iz, hər cığır.Qapılar döydü ana,

Olmadı açılanı...Neylədi onda ana? Özünü öldürdümü?Dəli olub üstünə aləmi güldürdümü?Yox!Ağıl dəryasına çevrildi o bu ara,Pıçıldadı astaca, söylədi öz-özünə;– Balama tapdım nicat, nicata tapdım çara.AnaÜz qoydu balasının atıldığı zindana.Ana başdan-ayağa geyinərək zil qaraÜstəlik də bürünüb sonsuz qaranlıqlaraYerlə-göy arasında uçurdu məlakətək,– Şükür olsun ki, balama nicat tapdım - deyərək.Ulduzlar göz qırpmayıb baxırdı maddım-maddım,Ay nur saçırdı onun yoluna addım-addım.Bir çılğın, bir pərişan, bir qorxunc, bir gənc anaCan atırdı oğlunun atıldığı zindana.Açarlar cingildədi, ana girdi məhbəsə:– Ana!– Can ana!– Ümid varmı?– Susss... heç nə demə heç kəsə!

– Məni asmayacaqlar səhər tezdən, deməli?!Yol tapıb görüşmüsən hakimlə sən, deməli?!Oğul sevindiyindən az qaldı ki, bağıra,Ana pıçıltı ilə - sus! - söylədi fağıra,Qüvvətli qollarıyla oğlunu qucaqladı,Ürəyində ağladı.Dedi:– Görüş qurtarır, qulaq as, mənim balam,Səhər səni gözləyir yalanbaşdan bir e’dam.– Ay ana, e’damın da yalanı olur məgər?Ana qəsdən qeyz ilə:– Bəsdi, - dedi, - ağciyər!Meydan da, izdiham da necə var, qaydasınca,İpi sabunlayacaq cəlladlar qaydasınca,Kətil də tərpənəcək ayağının altında...Keşiş də vird edəcək dodağının altında...Bu təsvirin önündə oğul titrədi tir-tir:– Daha bunun harası, bunun nəyi ümiddir?– Körpəm, sən axıracan kişi kimi dayan, durAxırda görəcəksən: bu həngamə yalandır...İxtiyar sahibləri mənə qəti söz verib,– “Göz üstündə oğlunun bəraəti!” - söz verib.

– Qorxma, - söylədi anaHövl etdi, bağrı yandı.– Yalana bax, yalana,Allah bu nə yalandı?!Açarlar cingildədi, görüş yetişdi sona.– Ana!– Can ana!– Qorxuram, mən qorxuram,Mən ölümdən qorxuram,Yox, yox, səhərə qoymaBu saat qurtar məni,Özünlə apar məni!– Qulaq as, mənim balam,Zarafat olacaqdır sabah səhərki e’dam.– Bəs nədən biləcəyəm bu zarafatdır, ana?– Mən ki, düm ağ libasda varid oldum meydana -Qalx e’dam kürsüsünə, addımlarında inam,Qoy çaşsın heyrətindən, qoy sarsılsın izdiham.

Açılan kimi səhərŞeypurlar zilə çəkdi, toppuzlandı təbillər...Meydana axdı şəhər

Ölüm hökmü oxundu, izdiham dalğalandı.Görüb cavan uşağı meydan alışdı-yandı.Ölüm hökmü oxundu... məhəl qoymadı uşaq,Anasını axtardı, çaşqın gözləri ancaq...Ölüm hökmü oxundu “nə dəxli, nə mə’nası”,İndicə ağ libasda görünəcək anası...Ölüm hökmü oxundu, oxunsun, ona nə var,Bəs neçin başdan-başa qara geyib adamlar?E’dam günü bu şəhərBöyükdən-kiçiyəcən, adətdi qara geyər.Ölüm hökmü oxundu, cəllad yanaşdı ona...Ana düm ağ libasda bu dəm gəldi meydana.Ananın gəlişiylə bir vaxta düşdü e’dam...Barmağını dişləyib köks ötürdü izdiham.İzdiham uşaq deyil, başa düşdü o saat,Vahiməsi olmasa, nə var ölümdən rahat.Elə bil təzə bir şey kəşf elədi bu meydana,Əzrayıl görünməsə, nə var ölümdən asan...Gözünü yaxşı-yaxşı açdı xalq, açdı inan,Bu bəyaz məlakənin əzminə qaldı heyran.Bağrına öz əliylə daş bağladı bir ana,Və bütün anaları çağırdı bu meydana.

Dedi:– Saldıra bilməsəniz balanızı ölümdənEybi yox, heç olmasa xilas edin zülmdən...Qoruyun - tir-tir əsib, titrəməkdən qoruyun!Qoruyun - səndələyib, büdrəməkdən qoruyun!Qoruyun - miskin, zəlil görünməkdən qoruyun!Qoruyun - dizin-dizin sürünməkdən qoruyun!Qoruyun - göz yaşından yanağını qoruyun!Cəllad çəkmələrindən dodağını qoruyun!Saldıra bilməzsəniz balanızı ölümdən,Eybi yox, heç olmasa xilas edin zülmdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов