Pişiklər
Kiprdə pişiklərinGözü adam gözüdür.Neçin ki, gördükləriElə adam üzüdür.
Adamlarla pişiklərDilsiz danışır burda,Adamlarla pişiklərDostdu-tanışdı burda,
Burda pişiklər şərikAdamın boğazına.İncitsən gedəcəksənCaynağın güdazına.
Burda pişiklər dönürAdamın uşağına
Bir də gördün qəflətənAtıldı qucağına.
Ətirli xoş havadaXumarlanır pişiklər.Sığallanır pişiklərTumarlanır pişiklər.
Dədəman otelininPişikləri rəngbərəng.Dədəman otelininPişikləri şir, pələng.Adamın baxtı kimiPişiyin də bəxti var.Kiprin pişiklərinəBəlkə də qibtə edir,Bəxtiqara adamlar.
Pişiklər günə verirÖzünü saymazyana.Bilmirlər ki: əlvida -Deyirik dədəmana.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-pisikler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Pilot qardaşPilot qardaş, şahinləri göy üzündə havalandır!Bir tərəfi buzlu dəniz, bir tərəfi Savalandır
Məsciddən kilsəyə gedirBir qız bir ingilis tapıb,bu xanım o bəyə gedir.