Rəqs
Televiziyada “əsgər poçtu” verilişinə baxarkən.
Rəqs eləyir arsız-arsız,Bığlarını eşən mayor.Əllərini belinə vurubDöşəməni deşən mayor.Rəqs... rəqs... rəqs...
Hərbçilər geyimindəRəqs eləyir telli qızlar.Bellərini qayış sıxan,Qəşəng, incəbelli qızlar.
Küçələrdə körpə-körpə,Uşaq-uşaq dilənçilər,Gəlinlərin qucağındaQundaq-qundaq dilənçilər,
Rəqs... rəqs... rəqs...
Toz qoparır cavan çavuş,Gizir çırpır nağaranı.Cərgələrdən qopur alqış,Allah haqqı şillələrdimNeçə dişi ağaranı.Rəqs... rəqs... rəqs...
Əl çalır zal,Şəhidlərin məzarına,Qonur xəyal,Məzarların gülzarınaQonur xəyal.Rəqs eləyir sütül əsgərDırnağına daş dəyməyiKim istəyir?Fəqət onu,Axı kişi sanır şəhid,Axı qisas həsrətiylə,Yanır şəhid.Axı hələ rəqsin vaxtı,
Yetişməyib,Uşaqların yaralarıBitişməyib...Rəqs... rəqs... rəqs...
Müqavilə,Müşavirə,Buyur, -- deyibTorpaq vermir.Zurna-qavalNə laçından, nə ŞuşadanSoraq vermir.Xocalının qisasınıAlmaq üçünYaraq vermir,Qara namus ləkəsiniYumaq üçünBulaq vermir,Gedən getdi, qalanlarınÜrəyinəDayaq vermir.“Əsgər poçtu” konsert verir
Çeçen dərsi nahaq vermir.Rəqs... rəqs... rəqs...
Əsgər klarnet füləyir,Ovurdları şişə-şişə.Zurnaçılıq ayrı peşə,Döyüşçülük ayrı peşə.Bax yaralı torpağımaNə yaraşır bu çağıma?Rəqs... rəqs... rəqs...
Mən qətiyyət axtarıramZər ulduzlu paqonlarda.Ağsaqqallar, ağbirçəklərCan tapşırırDaş üstündə daşa dönmüş,Vaqonlarda.Yığışdır, əl-ayağını!Bəri gətir qulağını,Sən döyüşlə almalısan,Torpağını!Sədəqə tək qaytarsalar onu əgər,
Tarix səni lə’nətləyər...
Qarmonunu bəsdir zilə çəkmə görək,Ətimizi tökmə görək,Qızışdıqca yan-yörəniSökmə görək!Gözlərini bir nəfərəDikmə görək!Qələbə xalq işi olsun,Olsun gərək.Millət gərək kişi olsun,Olsun gərək.Rəqs... rəqs... rəqs...
11 fevral, 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-reqs
Клавиши ← → для перехода, R — случайное стихотворение