Sinəmin yanğısı var, yay günüQar istəyirəm.Bu hədər istəyimi aləməCar istəyirəm.Süzüb addım başı, əndamı açıqHuriləriPayıza qalsada da çox,Gülöyşə nar istəyirəm.İstəyirəm əlimi iynələsinQara tikan,Qönçəni hifz eləyən nizəliXar istəyirəm.Az qala gözlərimi cilvələriyləKor edən,Kor edən,Həm nur edənCadu xumar istəyirəm.

Yaş ötüb, baş ağarıb,Qaş ağarıb,Huş quş olub...Nə xəzan? qışdı gələn,Qışdı kəsən kandarımıMən də arsızca durubFəsli bahar istəyirəm.Bir-bir allah nə veribdirsəAlır.Almalıdır.Qəbrəcən almamalı-Bircə vüqar istəyirəm.Çeynə ha, çeynədədirSaqqıza dönmüş qarabağ.Nə qədər “gün o gün olsun ki,..”Deyərlər, bəsdir!Qeyrətə, əqlə, kamalaBu da bu cür qəsddir.

Vətən uğrunda hücum!Qəti qərar istəyirəm,Millətə idrakımın,

Saflığımın rəmzi kimiBir anar azdı, canımCümlə anar istəyirəm.Çox da ki, bağlamayıbÇəkməmin atdım bağınıBağ yox ey... külli baxımsızlıDiyar istəyirəm.Ömrümün yolları yox,İstəyirəm olsun hamarÖlkəmin yollarınıAncaq hamar istəyirəm.Gəlməsin məclisiməAğlıma gəlməz ötəriNabələd kəsləri hər yerdəKənar istəyirəm.Nə qədər tə’rif edirsənElə hop musiqiniZövqümə qurban olum-Rast, qatar istəyirəm.Hər qüsura dözərəm,Kütbeyinə yox, qabil!Xalqımı başdan-ayağa

Huşiyar istəyirəm.12 iyun 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов