Dünyada oxşarsız heç nə tapılmaz,Oxşardı adamlar, oxşardı torpaq.Neapol Bakıya oxşayır bir az,Bakı Neapoldan gözəldir ancaq.

Əkiz də əkizə oxşamır əslən,Xasiyyət oxşamır, rəftar oxşamır.Neapol Bakıya oxşayır qismən.Mənzərə bənzəyir, rüzgar oxşamır.

Küləyi Xəzrinin dəcəl qardaşı,Bizə lap birinci o doğma gəldi.Neapol körfəzi büllur göz yaşı,Vezuvi möhtəşəm, Kapri gözəldi.

Nu gün qardaşlaşır Neapol - Bakı,Qızıl bayraqlarla bəzənib sahil.Sən şad ol, Neapol, sən sevin Bakı,Dostlar bu büsatı unudan deyil...

Neapol Bakıya oxşayır, çünkiDənizi... enişi... yoxuşu... düzü...Sahilə aypara düşübdü sankiBərq vurur, qamaşır adamın gözü.

Burda küçələr var cığırdan ensiz,Sürtünə-sürtünə keçir bir nəfər.Burda küçələr var geniş, düppədüz,Eynən - bayır şəhər, içəri şəhər.

Burda Dağüstü park gəlir xəyala:Dənizdən şəhərə diqqət eyləsək.Bu meydan azneftdi... durub az qalaƏgər Bakı üçün xiffət eyləsək.Sahildə gəzirəm, dəniz dumduru,Paxıllığım gəlir deyim düzünü.Gəl ataq bir yana saxta qüruru,Gözümüz önünə gətirək bir anBakı çevrəsində suyun üzünü.

Neapol Bakıya oxşayır, ancaq.Gözlərindən oxşar uşaqlar kimi...

Körfəz asta-asta çalxalanaraqBakı bulvarına çəkir fikrimi.

Çırpınır, çırpınır bütün NeapolÇılğın təbiətli adamlarıyla.Ayrışır, sayrışır bütün NeapolÇilçıraq, çal-çağır axşamlarıyla.

Bütün eyvanlarda, mərtəbələrdəYaş paltar, ağ paltar... ağ göyərçintək.Bizə dedilər ki, həmin şəhərdəYaş paltar - yaşamaq rəmzidir demək.

Bakı Neapola oxşayır bir az,Yeri var “bir az” yox, lap yaxşı-yaxşı.Yalnız mənzərədə axtarmaq olmaz,Əgər mənə qalsa, bu oxşayışı.

Yuvası oxşardı bütün quşların...Məskəni oxşardı bütün bəşərin...Məramı oxşardı yaranmışların,Sülh şirin, can şirin, yaşamaq şirin!

Bu gün qardaşlaşır Neapol - Bakı,Qardaşlıq, yoldaşlıq istəyir cahan.Yaş paltar... ağ paltar yellənsin təkiXəzər sahilindən Neapolacan.

Neapol Bakıya oxşayır az-çox,Bakı Neapoldan gözəldir ancaq.Ayrı cür deməyə ixtiyarım yox,Sən ey ana vətən, ey ana torpaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине