Bir gün haqdan yanan çıraq,Nahaqdan da sönə bilər.Bir dəfə yüksələn bayraq,Nahaqdan da enə bilər.

Nə sönməyi, nə enməyiGöstərməsin bizə allah.Qonşuya şam istəməyə,Göndərməsin bizi allah.

Bayrağımız qoy qalmasın,Boş-boş şüar ümidinə.Enən deyil, əyər qalsa,Qeyrət, vüqar ümidinə.

Zülmətləri çıraqlarlaYara-yara gedir millət.Sabahlara bayraqlarla,Vara-vara gedir millət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов