Salvadori
Neapolda hər gün çörək yediyimizrestoran sahibinin on bir yaşlıoğlunun adı Salvadori idi.
Uşaq elə hər yerdə uşaqdı, salvadori,Uşaqlar siyasətdən uzaqdı, salvadori.
Xudmani bir restoran sahibinin oğludur,Allahın bəlasıdır, qoçaqdı salvadori.
Saçı qızıl, gözü göy, yanaqları çəhrayı,Göz dəyməsin, elə bil çıraqdı salvadori.
Neapol günlərində yaman isindik ona,Unutdu, bu adamlar qonaqdı salvadori.
Körfəzin içindəki gəmivari restoran,Yolumuzda hər axşam mayakdı salvadori.
Stollar arasında başımıza fırlanır,Mehribandı, qırğıdı, qıvraqdı Salvadori.
Ona döş nişanları bağışladıq rəngbərəng,Köynəyi düzüm-düzüm dəsgahdı Salvadori.
Bu Lenin, bu Nəsimi, bu Sabir, bu Qaqarin...Heyrətdi, həyəcandı, maraqdı Salvadori...
Səmimi duyğuların dil açdığı bu yerdəTərcüməçi varsa da, nahaqdı, Salvadori.
Hamı onu oxşayır, sığallayır telini,Zəhər tozu qonmamış yarpaqdı Salvadori.
Lap o yaşda, o boyda Mahirim yada düşdü,Bir də gördüm: gözlərim bulaqdı, Salvadori.
Cəmi-cümləsi evdən on gündür ayrıldığımSanırdım qürbətdəyəm haçaqdı, Salvadori.
Böyüdükcə biləcək ən müqəddəs, əziz şey -Vətəndi, yurddu, eldi, torpaqdı, Salvadori.
Bilmir ayrı-seçkilik, bilmir ögey-doğmalıq...Yazılmamış ağappaq varaqdı Salvadori.
Yaşlılar arasında ünsiyyət qaranquşu,Xoşluqdan, yaraşıqdan soraqdı Salvadori.
Bütün diplomatların dəyirmi stolundaAğ göyərçin şəkilli bayraqdı Salvadori.
Belə büsat görməyib heç bəlkə bu restoran,
Səhərəcən oxumaq, çalmaqdı, Salvadori.Ayrılıq ziyafəti... tezdən yola düşürük,Kövrəlib... baxma üzdən toxtaqdı Salvadori.Bağrımıza basırıq ötür-ötürlə onu...İlk dəfə sübhə kimi oyaqdı Salvadori.Neapol hardan-hara körpüləşir BakıylaBu körpüyə körpəcə dayaqdı Salvadori.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-salvadori
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
Qəzəl: Ol qədər kar etdi cana atəşi-fürqət banaOl qədər kar etdi cana atəşi-fürqət bana,Nari-dozax güldürür ol atəşə nisbət bana